Baldız dəhşəti: Üzünə qaynar su tökdü

Sakaryanın Akyazı rayonunda əcnəbi qadın İstanbuldan ziyarətə gələn baldızının üzünə qaynar su tökməsi nəticəsində xəsarət alıb. Sherg.az xəbər verir ki, Altındere Osmanağa məhəlləsində baş verən hadisədə əcnəbi S.K. (31) və baldızı İstanbuldan ziyarətə gələn F.K. arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə böyüyüb və F.K S.K-nın üzünə qaynar su tökərək onun xəsarət almasına səbəb olub.

Vəziyyətlə bağlı məlumat alan sağlamlıq və jandarma qrupları hadisə yerinə gəliblər. Üzündən və bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan qadına xəstəxanada tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.