Ac qalan çöl donuzları ŞƏHƏRƏ ENDİ

Antalyada  şəhər mərkəzinə enən çöl donuzları yemək axtarıb. Həmin anlar ətrafdakılar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.
Sherg.az xəbər verir ki, bölgəyə gələn tətilçilərin cib telefonu ilə lentə aldığı görüntülərdə çöl donuzlarının zibil qablarını gəzdiyi, zibilləri parçaladığı və yemək axtardığı görünüb. Bu arada küçələrdə heç kimin olmadığı məlum olub. Bir müddət sonra çöl donuzları sürüsü meşəlik ərazidə gözdən itib.