Tualetdə piton ilanının hücumuna məruz qaldı, XƏSTƏXANALIQ OLDU

Cənubi Asiya ölkəsi olan Taylandda evdə tualetdən istifadə edən şəxs tualetin içindən çıxan pitonun hücumuna məruz qalıb.
Sherg.az xəbər verir ki, ilanı əli ilə tutub tualetdən çıxarmaq istəyən Tanat Thangtewanon adlı ev sahibi uğursuzluğa düçar olub və nəhayyət ilanı tualet fırçası ilə öldürüb.

Qonşuları tərəfindən xəstəxanaya yerləşdirilən Tanatın səhhətinin yaxşı olduğu bildirilib.


3,5 metrlik ilanın zəhərsiz piton növü olduğu müəyyən edilib.

Tanat ifadəsində ilanı öldürmək niyyətində olmadığını, ancaq dişləndiyi üçün qorxduğunu və tez bir zamanda xəstəxanaya getmək istədiyini bildirib. Səhhətinə gəlincə, Thanatın qan analizləri təmiz çıxıb. Dişləmə səbəbindən yalnız bədənində yara olduğunu  bildirib.