Sülh yolunun böyük hissəsi qət olunub -ŞƏRH
Yusif Nəzərli
02:20 04.09.2024
Aktual
538
Sona çox az məsafə qalıb, yaxınlaşmışıq
“Müsbət məqam odur ki, Azərbaycanın qətiyyətli, israrlı mövqeyi öz bəhrəsini verməkdədir”
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işi davam etdirməyə çağırıb. Baş nazir vurğulayıb ki, sülh müqaviləsinin son layihəsində 17 maddə var və onlardan 13-ü artıq tam razılaşdırılıb, o cümlədən preambula da. Paşinyanın dediyinə görə, daha 3 maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb: "Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı olduğu üçün bu mümkündür". Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz.
Politoloq Turab Rzayev “Sherg.az”a deyib ki, mövcud razılaşmalar sülh prosesinin müsbət irəliləyişindən xəbər verir. Analitikin sözlərinə görə, bütün problemlərə baxmayaraq, Ermənistan-Azərbaycan arasında sülh danışıqları gedir:
"Sülh yolunun böyük hissəsi gedilib və sona çox az məsafə qalıb. Tam razılaşdırılmamış 4 maddənin bəzi hissələrində də ümumi razılıq mövcuddur. Əlbəttə, heç bir sülh müqaviləsi tam ideal ola bilməz. Sazişdə tərəfləri qane etməyən müəyyən məqamların olması başadüşüləndir. Ancaq sülh prosesinə kifayət qədər yaxınlaşmışıq. Müsbət məqam odur ki, Azərbaycanın qətiyyətli, israrlı mövqeyi öz bəhrəsini verməkdədir. Nə qədər çətin olduğu deyilsə də, Azərbaycan sülh prosesində tələblərinin çoxunu İrəvana qəbul etdirə bilib. Baş nazir Nikol Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı bəyanatı da göstərir ki, Ermənistan tərəfində bununla bağlı müəyyən addımların atılması ehtimalı var".
Siyasi şərhçinin qənaətincə, problemli məsələ odur ki, İrəvan hökuməti çox vaxt pozitiv çağırışlarına uyğun addım atmır:
"Paşinyan hökuməti daxili təzyiqlərdən, müxalifətdən çəkindiyi üçün geri çəkilib. Xaricdəki bəzi güclər də sülh prosesinə mane olmağa çalışırlar. İrəliləyiş və sülh müqaviləsi üçün əngəlləyici elementlər aradan qalxmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə