Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Cəlilabad stansiyasından 28 km şimal-qərbdə, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə  Sherg.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qedy edilib ki, zəlzələ yerli vaxtla 10:45-də, 54 km dərinlikdə qeydə alınıb.