Bələdiyyə sədrinin qızı atdan yıxılıb öldü

Təxminən 1,5 il əvvəl atdan yıxılaraq beyin qanaması keçirən İsparta Bələdiyyə Başçısı Şükrü Başdeğirmenin qızı Mürüvvet Başdeğirmen (34) müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, hadisə ötən il mayın 13-də şəhər mərkəzinin Dərəğümü kəndində yerləşən at fermasında baş verib. Fermadan atını götürüb gəzintiyə çıxan Mürüvvet Başdeğirmen müvazinətini itirərək yıxılıb.


Təsərrüfatdakı işçilərin xəbəri üzərinə gələn tibb qrupu, ilk tibbi yardım göstərdikdən sonra Mürüvvet Başdeğirmeni Süleyman Dəmirəl Universiteti (SDU) Araşdırma və Tətbiq xəstəxanasına aparıblar.
Beyin qanaması aşkarlanan Mürüvvet Başdeğirmen müalicə altına alınıb. Təxminən 1,5 il xəstəxanada müalicə alan Mürüvvet Başdeğirmen bu gün dünyasını dəyişib.