Can Bonomonun bacısı intihara cəhd edib - AÇIQLAMA

Məşhur Türkiyəli müğənni Can Bonomo aldığı kədərli xəbərlə sarsılıb. Bonomonun böyük bacısı Funda Bonomonun çoxlu dərman qəbul edərək intihara cəhd etdiyi və İzmir Katip Çələbi Universiteti xəstəxanasında müalicə aldığı iddia edilib.

Sherg.az xəbər verir ki, Can Bonomo sosial media hesabından bacısının sağlamlıq durumu ilə bağlı məlumat verib.

"Ailəmiz son zamanlar çətin bir proses yaşayır. Erkən müdaxilə sayəsində bacımın vəziyyəti stabildir və uzun bir sağalma prosesinə girmişdir. Biz də bütün sevdikləri kimi ona dəstək olmaq üçün onun yanındayıq".

Məşhur müğənni sözünə belə davam edib: "Bacım bir daha bizə ruh və emosional sağlamlığın vacibliyini və bunun heç vaxt laqeyd edilməməsi lazım olduğunu xatırlatdı. Bu prosesdə bizə hörmət və sevgi ilə yanaşan hər kəsə təşəkkür edirəm".