
Çarə var -Avtobuslar çox olarsa, Bakı-Sumqayıt yolunda sıxlıq olmaz
Yusif Nəzərli
05:52 22.10.2024
Cəmiyyət
289
Yəni insanları şəxsi maşından imtinaya çağırmazdan əvvəl ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır
“Hazırda bütün diqqət Sumqayıt-Bakı istiqamətində hərəkət edən avtobuslara yönəlib”. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov deyib.
Sumqayıt-Bakı istiqamətində tıxacın həllinin ictimai nəqliyyatın inkişafından keçdiyini vurğulayan T.Səfərov bildirib ki, bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır.
Qeyd edək ki, 525 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar kimi köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün gediş-gəlişə sərf etdiyi vaxta önəm verir.
Ekspert “Sherg.az”a açıqlamasında deyb ki, Bakı-Sumqayıt arasında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metrostansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır:

“Hesab edirəm ki, Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir: "Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır. Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır. Bu iki şəhər arasında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır. İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə onlara tələbat da qalacaq. Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır”.
Ekspertin sözlərinə görə, paralel olaraq Abşeronun Masazır, Sulutəpə və Xırdalan qəsəbələrinə gedən avtobuslar yenilənməli, interval qısaldılmalıdır. İnsanlar keyfiyyətli ictimai nəqliyyatla təmin olunmalıdır:
"Qeyd etdiyim kimi, əsas hədəf isə Sumqayıtda ictimai nəqliyyatı inkişaf etdirmək, Sumqayıtdan Bakıya birbaşa avtobus daşımalarını genişləndirməkdir. Bundan sonra Bakı-Sumqayıt yolunda sıxlıq xeyli azalacaq. Yəni insanları şəxsi maşından imtinaya çağırmazdan əvvəl ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya