
Ukrayna savaşı 2025-ci ilə keçəcək -PROQNOZ
Yusif Nəzərli
12:00 26.10.2024
Dünya
645
Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır
“Ukraynanın döyüş meydanında itkilərini dilə gətirməkdənsə, danışıqlar masasına oturmaq daha yaxşıdır”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri bildirib ki, Rusiya reallıqlara əsaslanaraq, Ukrayna ilə bağlı sülh sazişlərinin istənilən variantını nəzərdən keçirməyə hazırdır. Putin Ankaranın təklif etdiyi və Moskvanın razılaşdığı yeni danışıqlar təklifinə də toxunub. O bildirib ki, bu təklifin səhəri Zelenski heç bir danışıqlar aparmayacağını açıqlayıb: “Bu yaxınlarda yenə cənab Ərdoğanın köməkçisi zəng edərək danışıqlarla bağlı yeni təkliflərin olduğunu söylədi. Lakin ertəsi gün Kiyev rejimi heç bir danışıqların olmayacağını elan etdi. Ukraynanın ötən il əks-hücum zamanı itkiləri 16 min nəfər təşkil edib. Son bir ayda isə Ukrayna Kursk istiqamətində 26 min əsgər itirib”. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də deyib ki, Ukraynadakı döyüşlər ən geci 2025-ci ilin ortalarında başa çatacaq.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Kobaxidzenin sözlərində həqiqət var və hazırda Rusiya müharibədə üstün tərəfdir. Onun sözlərinə görə, Moskva Kursk istiqamətində böyük əməliyyata hazırlaşır:

"Hətta KXDR-dən 10-12 minlik qüvvə “təlim” adı ilə prosesə cəlb edilib. Kremlin planı Kurskda Ukraynanı məğlub edib, bütün cəbhəboyu hücumları intensivləşdirmək, beləcə Kiyevi sülh müqaviləsinə məcbur etməkdir. Bundan başqa, Qərbdə də müharibə ilə bağlı yekdil fikir yoxdur. Belə ki, müharibə tərəfdarı ölkələr qədər müharibə əleyhdarı ölkələr də var. Son vaxtlar isə müharibə əleyhdarlarının sayı artır. Qərbin Rusiya neft-qazına ehtiyacı var. Müxtəlif cəhdlərə, alternativ ölkələrə baxmayaraq, rus qazından asılılıq aradan qalxmır. Bu il isə payız və qış ayları Avropa üçün əsl sınaq olacaq. Qərb enerji böhranı səbəbi ilə digər sahələrdə qiymət artımlarının qarşısını ala bilmir.
Ukraynanın cəbhədə arzuolunan uğur qazana bilməməsi, Rusiyanın iqtisadi baxımdan istənilən səviyyədə zəifləməməsi Qərbin rus qazından asılılığı prosesini yekunlaşdıra bilər. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır. Qərb üçün 2025-ci il çətin keçəcək. Xüsusilə min bir əziyyətlə Rusiyanı sıxışdırıb çıxardığı Ukrayna və Gürcüstanda nəzarəti itirmə ehtimalı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya