Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən ümumi sahəsi 120 m² olan evlərdən sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.