Xəzər dənizində bu gün 3 dəfə zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, daha öncə dekabrın 26-da Xəzər dənizində yerli vaxtla 02:03-də 3, 07:28-də 3.1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.