Cənubi Koreyada “Jeju Air”in təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 127 nəfərin öldüyü təsdiqlənib.
APA xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Banqkokdan yola düşən “Boeing 737-800” təyyarəsinin göyərtəsində 6 ekipaj üzvü ilə bərabər cəmi 181 nəfər olub.