Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri RF İstintaq Komitəsinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına İstintaq Komitəsinin mərkəzi aparatının təcrübəli əməkdaşları cəlb olunduğunu bildirib.
Tərəflər “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı birgə araşdırma planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bastrıkin qeyd edib ki, hazırda kompleks istintaq hərəkətləri həyata keçirilir. Məqsəd baş vermiş faciənin bütün səbəb və şəraitini müəyyən etməkdir.