Cəlilabadda gənclər arasında münaqişə olub, 2 nəfər bıçaqlanıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.

Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.