
"Qara qutu" oxunduqdan sonra bütün məqamlara aydınlıq gələcək" - Millət vəkili
Yusif Nəzərli
08:41 03.01.2025
Gündəm
451
Rusiya beynəlxalq normalara uyğun sivil dövlətlərin etməli olduğu hərəkətləri etməlidir
"Prezident İlham Əliyev Rusiyanın açdığı atəş nəticəsində qəzaya uğramış təyyarə ilə bağlı AzTV-yə müsahibəsində çox aydın şəkildə məsələlərə münasibət bildirdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, dövlət başçımız qəzanın əsl səbəblərini gizlətmə cəhdlərinə toxunaraq Rusiyadan tələblərimizi bir daha bəyan etdi:
"Qeyd olunduğu kimi birinci tələbimiz olan Rusiyanın üzr istəməsi artıq prezident V.Putin tərəfindən dövlət başçımızla telefon danışığı zamanı bildirildi. Digər tələblərimiz isə qəzanın baş verməsində cinayət əməlləri ilə bağlıdır. Təbii ki, təyyarəyə səhvən atəş açılsa da idarəetməni itirmiş hava gəmisinin Qroznıya yaxın ehtiyat hava limanlarına istiqamətləndirilməməsi, radar siteminin iflic edilməsi çoxlu suallar doğurur. Qara qutu oxunandan sonra bütün məqamlara aydınlıq gətirləcək".
Parlament üzvü vurğulayıb ki, Rusiya beynəlxalq normalara uyğun sivil dövlətlərin etməli olduğu hərəkətləri etməlidir:
"Cinayətkarlar cəzalandırılmalı, xəsarət alanlara və Azərbaycana təzminatlar ödənilməlidir. Hazırda aparılan istintaqın gedişatında qəzanın baş verməsinə səbəbkar olan şəxslərin dairəsi müəyyənləşdirlir. Nəticədə bütün tələblərin icra olunacağını hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət