Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq.
Bu barədə "APA-Economics" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq", - məlumatda qeyd olunur.