
ABŞ hər zaman Qarabağ məsələsində qərəzli siyasət aparıb - ŞƏRH
Yusif Nəzərli
08:26 03.01.2025
Siyasət
490
ABŞ İrəvan və Bakı ilə tərəqqi təmin edə biləcək istənilən formatda işləməyə hazırdır.
Bu barədə “Amerikanın səsi”nə ABŞ Dövlət Departamentindən bildirilib. “Birləşmiş Ştatlar hökuməti Cənubi Qafqazın təhlükəsiz və firavan olması üçün vacib olan uzunmüddətli və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir. Biz tərəflərin razılıq əldə etməsi üçün hər iki tərəflə istənilən formatda işləməyə hazırıq”, - açıqlamada qeyd edilib.
Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X Platformasında paylaşım etmişdi ki, ABŞ Azərbaycanın və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydalarını rəsmiləşdirmək qərarını alqışlayır.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirməsi davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir.

Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, ABŞ hər zaman Qarabağ məsələsində qərəzli siyasət aparıb:
"907-ci düzəlişdən etibarən kollektiv Qərbin ədalətsiz davranışını görürük. İstər İrəvanın Moskva ilə çox yaxın əlaqələr qurduğu, hətta vassallıq əlaqələri zamanı, istərsə də Nikol Paşinyan dövründə Qərbin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Digər tərəfdən Dövlət Departamentindən belə bir açıqlama gəlməsi ondan xəbər verir ki, ABŞ Cənubi Qafqaz regionunda hələ də çox maraqlıdır. Həmçinin sülh məsələsi üzərindən öz gücünü sınamaq və nüfuzunu artırmaq istəyir. Amma artıq buna ehtiyac yoxdur. Çünki Azərbaycan bu gün bütün parametrlər üzrə Ermənistanı üstələyib. Eyni zamanda İrəvan heç vaxt müstəqil hərəkət etməyib. Bu baxımdan da sülhün imzalanmasında vasitəçilərin kim olması o qədər də önəmli deyil. Hamı bilir ki, İrəvan Qərbdən aldığı əmrləri həyata keçirir. Ermənistanın niyyəti təmiz olarsa, iki ölkənin - Ermənistan və Azərbaycanın liderləri də danışıqları reallaşdıra bilər. Lakin təəssüflər olsun ki, Prezident İlham Əliyevin göstərdiyi konstruktiv mövqeyi Nikol Paşinyandan görə bilmirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət