Gürcüstanda rusiyalı turist öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bildirilib ki, iki nəfər yanvarın 5-də Zuqdididən Mestia kurortuna gedən ər-arvadı qarət edib, onların mobil telefonlarını oğurlayıb və kişini güllələyiblər.
Cinayəti ört-basdır etmək üçün isə kişinin meyitini çaya atıblar.
Hadisə ilə bağlı hər iki şübhəli saxlanılıb.