Salyanda polis dəhşətli cinayətin üstünü açıb.
Sherg.az lent.az-a istinadla xəbər verir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.
1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.