Dənizə atılan qadının intihara cəhdinin qarşısı son anda alınıb - FOTO

Samsunun Atakum rayonunda həyatına son qoymaq üçün dənizə atılan S.P.-ni polis xilas edib. Həmin anlar ətrafdakı insanlar tərəfindən mobil telefonla lentə alınıb.

Sherg.az xəbər verir ki, hadisə səhər saat 11:00 radələrində Atakum rayonu Memar Sinan məhəlləsində, Adnan Menderes bulvarında yerləşən İctimai Pierdə baş verib. Depressiyada olduğu iddia edilən S.P. adlı qadın dənizə atılıb.

Bu vaxt Atakum Rayon Polis Şöbəsinin patrul xidmətində olan polis əməkdaşı qadının batmaq təhlükəsi olduğunu görüb və paltarını çıxarıb və dənizə atılıb. Polis əməkdaşı S.P.-ni huşsuz vəziyyətdə sahilə gətirib. Bölgədəki insanların xəbərdar olması üzərinə hadisə yerinə həkim qrupları sövq edilib. S.P.  təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Polis əməkdaşının qadını sahilə çıxardığı an ətrafdakılar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.