BDU-nun əməkdaşı vəfat etdi

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının laborantı Sevinc Rəhimova vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.
Qeyd edilib ki, Sevinc Rəhimova 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə təhsil alıb. 1993-1997-ci illərdə BDU-nun Fizika fakültəsində bakalavr təhsili alaraq, 1997-1999-cu illərdə magistr dərəcəsi üzrə təhsilini davam etdirib.
2003-2007-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasının qiyabi aspirantı olan Sevinc Rəhimova, 2001-ci ildən etibarən Nəzəri fizika kafedrasının laborantı vəzifəsində çalışıb. O, həmçinin 5 elmi məqalənin müəllifi olub və tədqiqat sahəsi lepton-nuklon qarşılıqlı təsirlərində polyarizə olunmuş lyambda hiperonlarının yarıminklüziv alınması idi.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi Sevinc Rəhimovanın vəfatından dərin kədərləndiyini və ailəsinə başsağlığı verdiklərini bildirir.
Allah rəhmət eləsin!