Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində iki şəxsin dələduzluq yolu ilə 41 min ABŞ dolları və 5720 manatı ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Sherg.az-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.