Sumqayıtda 58 yaşlı kişi xəstəxanada ölüb

Sumqayıtda ruhi əsəb xəstəxanasında dərmandan zəhərlənən 58 yaşlı kişi Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

APA xəbər verir ki,1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəxanasında qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq onun hətatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.