Milli Məclisdə ictimai birliklərin və siyasi partiyaların mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün İş planında əksini tapıb.
Müzakirələr yaz sessiyası müddətində təşkil olunacaq.