Ayşə Barım həbs edildi

Bir müddət əvvəl saxlanılan məşhur türkiyəli menecer Ayşə Barım barəsində həbs qərarı verilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində A.Barım həbs edilib.

Qeyd edək ki, Ayşə Barım Gəzi Parkı hadisələrinin əsas təşkilatçılarından biri hesab edilir.