Zelenski: Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir
11:14 18.02.2025
Dünya
374
Ukrayna Türkiyə, ABŞ və Avropa İttifaqından ölkənin təhlükəsizliyinə dair zəmanət istəyir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zenlenski Ankarada Ukrayna səfirliyinin yeni binasının açılışında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukrayna sülh istəyir: “Bir ölkə olaraq sülh, müharibənin bitməsini istəyirik. Amma təbii ki, müharibənin sonunun müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik. Biz bu təhlükəsizlik zəmanətlərinin ABŞ, Avropa İttifaqı və Türkiyə daxil olmaqla bütün Avropa tərəfindən verilməsini istəyirik".
Zelenski Türkiyənin səylərini yüksək qiymətləndirərək, nəticədə taxıl dəhlizinin yaradılmasına da diqqətə çəkib, Rusiyanın əldə olunan razılıqlara məhəl qoymadığını vurğulayıb.
"Biz heç vaxt Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş ərazilərimizi Rusiyanın bir hissəsi kimi tanımayacağıq. Onlar Ukraynanın bir hissəsidir", - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm