Şəkidə 32 yaşlı qadın özünü binanın dördüncü mərtəbəsindən atıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şəki şəhəri Şərbablar küçəsində baş verib.
Şəki şəhər sakini 32 yaşlı Röya Mustafayeva özünü binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.