Cəlilabadda evdə doğuş edən qadın öldü

Cəlilabadda doğuşdan sonra vəfat edən qadının ölümü ilə bağlı bəzi məqamlar açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda qeyd olunub ki, martın 8-i saat 20:00-da 1999-cu il təvəllüdlü (qadın cinsli) şəxs evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub:

"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib.

Gecəyarısı qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

Bütün reanimasiya tədbirlərə baxmayaraq, martın 20-si saat 17:30-da ölüm faktı qeydə alınıb",-deyə məlumatda bildirilib.