Amerikada qadın uçuşuna icazə verilmədiyi üçün itini boğaraq öldürüb.
Sherg.az xəbər verir ki, Orlando Beynəlxalq Hava Limanına bir qadın iti ilə gəlib, lakin onun heyvan üçün lazımi sənədləri olmadığı üzə çıxıb. Nəticədə onun təyyarəyə minməsinə icazə verilməyib.
Daha sonra qadın tualetə gedib və itini soyuqqanlı şəkildə boğaraq öldürüb. O, bundan sonra heç nə olmamış kimi uçuşuna davam edib.
Hazırda isə qadın "heyvanlara qarşı amansızlıq" ittihamı ilə üz-üzədir.