Gəncədə qaz balonu partladı, xəsarət alan var

Gəncədə qaz balonu partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Partlayış nəticəsində 1995-ci il təvəllüdlü A. Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.