ABŞ-ın iki hərbi təyyarəsi Yaponiyaya təcili eniş edib

ABŞ-ın iki hərbi təyyarəsi Yaponiyada təcili eniş edib ABŞ-ın iki hərbi təyyarəsi Yaponiyada təcili eniş edib. Hadisə ilə əlaqədar olaraq hava limanının uçuş-enmə zolağı təxminən 1,5 saat ərzində təyyarələrin hərəkətinə bağlanıb.
25.03.2025 - 13:04 İHA Paylaş İki ABŞ hərbi təyyarəsi Yaponiyada təcili eniş etdi 

ABŞ-ın iki hərbi "Osprey" təyyarəsi Yaponiyanın Matsumoto hava limanında ardıcıl olaraq təcili eniş edib.

Sherg.az xəbər verir ki, hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq təyyarələrin hərəkəti üçün bağlanıb və bu, bəzi reyslərdə fasilələrə səbəb olub.

Aeroport rəhbərliyindən əldə edilən məlumata görə, eniş yerli vaxtla saat 15:00 və 15:30 radələrində həyata keçirilib.

Okinava prefekturasındakı Futenma aviabazasında yerləşən təyyarələrdən ikincisinin qısa müddət sonra yenidən havaya qalxdığı bildirilir.

Bildirilib ki, insidentlə əlaqədar hava limanının uçuş-enmə zolağı təxminən 1,5 saat ərzində təyyarələrin hərəkəti üçün bağlanıb və bəzi uçuşlar dayandırılıb.

Fövqəladə enişin səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.