Cəlilabadda minik avtomobilləri toqquşdü: ölən var

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.
Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı BMV markalı minik avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.