Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşdu

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1 saylı xətt üzrə işləyən "Hunday" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar - 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.