Beyləqan rayonu ərazisində traktor və minik avtomobili toqquşub.
Axar.az xəbər verir ki, hadisə saat 18 radələrində Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Niva" markalı avtomobil traktorun aqreqat qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 1944-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib. Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.