Sabirabad sakini bıçaqlanıb - YENİLƏNİB

Sabirabadda baş verən bıçaqlanma ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna bildirilib.

Məlumata görə, dünən saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib. M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***

28 mart, 22.59

Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.