Özbəkistanda məsciddə partlayış nəticəsində üç nəfər ölüb

Özbəkistanın Əndican əyalətinin İzboksan rayonunun "Mirzo Ulubəy" məhəlləsində məsciddə partlayış nəticəsində üç nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə ölkənin FHN-ni məlumat yayıb.

Bundan başqa, hadisə nəticəsində 10 nəfər yaralanıb və onlar hamısı xəstəxanaya yerləşdiriliblər.

Partlayış yerinə Özbəkistanın baş nazirinin müavini Açilbay Ramatov və FHN rəhbəri Botir Kudratxocayev gəlib.

Qeyd edək ki, burada qaz-hava qarışığı maddənin partladığı bildirilir.