Tovuzda məktəbdə 5 şagird dəm qazından zəhərlənib

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.