Florida Universitetində atışma: 5 ölü, 4 yaralı - YENİLƏNİB

ABŞ-nin Florida ştatındakı universitetdə baş verən atışma nəticəsində 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli "WFTV9" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.


***

23:14

ABŞ-nin Florida Universitetində silahlı atışma olub.

Teleqraf xəbər verir ki, nəticədə azı 4 nəfər xəstəxanaya yerləşdirilib. Silahlı şəxs saxlanılıb .

Hadisənin baş vermə səbəbi araşdırılır.