Xaçmazda bataqlığa düşən yeniyetmə axtarılır

Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.

Hadisə şahidlərinin dediyinə görə at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.