Dağıstanın beş rayonunda fövqəladə vəziyyət elan edildi

Aprelin 19-dan əlverişsiz hava şəraiti ilə əlaqədar Dağıstanın beş rayonunda fövqəladə vəziyyət elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə mətbuat xidməti yayıb.

Söhbət Aqulski, Axtınski, Dokuzparinski, Rutulski və Kuraxski rayonlarından gedir.

Bildirilir ki, respublikanın paytaxtı Mahaçqalada, eləcə də Dərbənddə və Dağıstanskiye Oqnidə leysan yağışları və daşqınlar səbəbindən mütəxəssislər zirzəmilərdən suyu çəkməli olub, Süleyman-Stalski rayonunda isə 25 mütəxəssis və 13 texnika körpünün bərpası ilə məşğuldur.

Məlumatda deyilir: “Hazırda Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla, hadisə yerlərində 2180 mütəxəssis və 566 texnika işləyir”.

Xatırladaq ki, bir neçə gün əvvəl anomal hava şəraiti Dağıstanı da haqlamışdı. Güclü yağışlar səbəbindən respublikanın paytaxtında avtomobillərin batmış, bölgələrdə qar fırtınaları başlamışdı.