Dəhşətli son: TikTok fenomeni canlı yayım zamanı öldürüldü

Meksikada sosial media platforması TikTok-da paylaşdığı makiyaj videoları ilə məşhur olan Valeria Marquez, canlı yayım etdiyi zaman silahlı hücuma məruz qalaraq öldürülüb.
Sherg.az xəbər verir ki, 23 yaşlı Valeria Marquez, Zapopan şəhərində işlədiyi gözəllik salonunda baş verən silahlı hücum nəticəsində həyatını itirib. Hadisə ilə bağlı Jalisco Əyalət Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.
Canlı yayım zamanı, kadra daxil olan bir nəfərin Marquezi “kimlərsə gəlir” deyə xəbərdar etməsi eşidildikdən sonra hücum baş verir. Hücumun ardından canlı yayım hələ davam edərkən, naməlum bir şəxs telefonu götürərək yayımı dayandırır.
Instagram və TikTok platformalarında təxminən 200 min izləyicisi olan Marquez, canlı yayımın əvvəlində, özünün işdə olmadığı vaxtda kiminsə ona “bahalı bir hədiyyə” çatdırmaq istədiyini və həmin şəxsin geri dönəcəyini gözləməyi planlaşdırmadığını qeyd etmişdi.