Quşadasında güclü zəlzələ oldu

Egey dənizində, Türkiyənin Quşadası sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli professor Əhməd Ərcan mediaya açıqlamasında deyib.

O bildirib ki, son dönəmlər Egey dənizində seysmik aktivliyin artması diqqət çəkir.