"Qarabağ" yeni transferini rəsmən açıqladı
19:12 17.07.2025
İdman
402
“Qarabağ” növbəti transferini reallaşdırdığını rəsmən elan edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Sami Mmaeeni heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub. Mərakeş əsilli oyunçu karyerası ərzində 204 oyuna çıxaraq 12 qol vurub və 6 qolun ötürməsini edib.
QOL.az-ın daha öncə xəbər verdiyi kimi, Mmaee ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha üç futbolçunu – Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuakunu ("Mafra", Portuqaliya) transfer edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə