
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - ŞƏRH
10:46 20.07.2025
Aktual
518
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət görüb. Bu barədə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan Liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. Dövlət başçısı qeyd edib ki, bu, bizim də etdiyimiz addım olub:
"Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib. Mən yox dedikdə bu güclü dövlətlərə qarşı çağırış kimi qəbul olunurdu. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnaməsi barədə bütün fikirlərimiz – yuxarıdan aşağı reallığı qəbul etmək kimi fikirlə üzləşirdi. Sonra biz qərara aldıq ki, biz yeni reallıqlar yaradacağıq və siz onlarla barışacaqsınız. Elə də oldu". Prezident əlavə edib ki, Azərbaycan 2020-ci ildə 44 gün ərzində, sonra isə 2023-cü ilin sentyabrında bir gün ərzində yeni reallıqlar yaratmağa başladı: "Onlar da bu reallıqlarla barışmağa məcbur oldular. Ona görə də, artıq deyilənlərə qayıdaraq, mən heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim".

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Xankəndindən dünya ictimaiyyətinə səslənişində Azərbaycanın dünyada baş verən “yeni düzən” layihəsində harada mövqe tutacağı və gələcəkdə hansı proseslərin baş verəcəyini öngörərək bir neçə istiqamətlər açıqlandı.
Ekspert vurğulayıb ki, həmçinin gələcək perspektivlər göstərildi:
"Prezident İlham Əliyevin mühüm bəyanatlarında diqqətçəkən məqamlardan biri də Rusiyanın Ukrayanaya qarşı təcavüzünə sərt münasibət göstərməsi və Ukrayna xalqına torpaqlarının işğalı ilə razılaşmamalarını tövsiyyə etməsi idi:
"Putin hakimiyyətinin Azərbaycana qarşı total basqıları fonunda belə açıq və cəsarətli bəyanat İlham Əliyevin beynəlxalq nüfuzunu daha artırmış oldu. Dövlət başçısı İlham Əliyevin vaxtı ilə "torpaqlarınızın azadlığına necə nail oldunuz?" sualına “bir an da olsa Qarabağın işğalı ilə barışmamaq istəyi bizi bu qələbəyə gətirib çıxartdı” cavabı bu gün Ukrayna üçün nümunə ola bilər. Onu da İlham Əliyev tövsiyə etdi".
Ölkə rəhbərinin toxunduğu önəmli bir istiqamət də Cənubi Qafqazda sülh şəraitində yaşmağın vacibliyi barədə çıxışı idi:
"Ona görə də ilk növbədə Ermənistanla sülh müqaviləsinin bağlanmasının tezləşdirilməsi çox vacibdir. Prezident də bu məqama xüsusi diqqət ayrıdı.O, Zəngəzur dəhlizinin açılması və kommunikasuiya xətlərinin çəkilməsinin sürətləndirilməsini qeyd etdi. Aydındır ki, Ermənistanla sülh hələ Qafqazda əmin-amanlığın bərqərar olacağı tam qarantiyalı deyil. Çünki, Gürcüstan faktorunu da nəzərə almalıyıq. Son bir neçə ildə Rusiyanın Gürcüstana təsirinə qrafik üzrə baxsaq, yüksələn xəttlə artır. Qarşımızda dayanan ən çətin mərhələ Rusiyanın Qafqaza təsir qüvvəsini sıfırlamaq olacaq. Prezident İlham Əliyevin vurulmuş sərnişin təyyarəsinin araşdırılmasını beynəlxaq məhkəməyə daşıması niyyəti də bu qəbil addımlardandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya