Belaruslu müğənni Myanmada öldürüldü, orqanları satıldı

Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada faciəli şəkildə ölüb, ehtimal olunur ki, o, orqan satıcılarının qurbanı olub.

Sherg.az Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub.

Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.

Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər.

Sonra cinayətkarlar Veranın öldüyünü və bədəninin artıq yandırıldığını bildiriblər. Təsdiqlənməmiş məlumata görə, qızın orqanları satılıb və külləri məhv edilib.