
“Dabaq” ölkəni bürüyür, mal-qara kütləvi şəkildə qırılır, ƏT ALMAYIN!
09:27 23.10.2025
Sağlamlıq
1093
“Hazırda ölkədə mal-qara arasında dabaq xəstəliyi yayılıb. Dünən Biləsuvardan mənə zəng edib dedilər ki, fərdi təsərrüfatlarda vəziyyət gərgindir, mal-qara qırılır”. Bu sözləri Sherg.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi. E.Hüseynov vəziyyətin bu həddə çatmasına əlaqədar qurumların məsuliyyətsiz yanaşmasının səbəb olduğunu bildirdi:

- Dabaq xəstəliyi həmişə Azərbaycanda mövcud olub. Dabaq xəstəliyi yayılan zonalarda sovet vaxtı karantin elan olunurdu, həmin zonaya girib-çıxan avtomobillərin təkərləri yuyulurdu, dezinfeksiya edilirdi, hətta insanlar da əgər o zonaya gediş-gəliş edirdisə, insanların çəkmələrinin altı da yuyulurdu, məıcburi qaydada dezinfeksiya edilirdi. Bu işə təkcə polis deyil, ordu da cəlb olunurdu, beləliklə xəstəliyin yayılmasının qarşısı alınırdı. Son bir neçə aydır ölkədə dabaq xəstəliyi baş alıb gedir. Dabaq xəstəliyinin əlamətləri heyvanın iştahsız olması, ot yeməməsi, su içməməsi, ağzından selik axması, getdikcə halsızlaşaraq tələf olmasıdır. Mal-heyvan sahibləri görəndə ki heyvanlar halsızlaşıb, arıqlamağa başlayıb, ziyana düşməmək üçün bəzən bu heyvanları kəsirlər, ətləri müəyyən yollarla satışa çıxarırlar. Bu, istisna olunmur. Dabaq xəstəliyinə tutulmuş heyvanın əti boş, çox yumşaq olur, ətin üzərində su qabarcıqları olur, bunu bilsin əhali. Şəhərdə dana ətinə tələbatın azalması təbiidir, qiymətlər də buna görə aşağı düşüb.
E.Hüseynov qeyd etdi ki, əhali təsadüfi yerlərdən, etibar etmədikləri satıcılardan ət almasın:
- İndi mal – dana əti almaq təhlükəlidir. Alanda çalışsınlar, çox qaynatsınlar əti. Tərkibində daşıyıcılar, zərərli bakteriyalar ola bilər. İnsana keçə bilər xəstəlik. Yüksək temperaturda zərərli bakterilaylar məhv olur. Ümumiyyətlə, hər ehtimala qarşı müəyyən müddətə kabab bişirməkdən, kabab yeməkdən imtina etsinlər. Çünki kabab bişirilən zaman temperatur ətin daxilinə yaxşı nüfuz etmir, bu da ətin tərkibindəki zərərli bakteriyaların ölməməsinə səbəb olur. Alınan əti ancaq çox qaynatmaq lazımdır. Restoranlarda, kafelərdə, dönərxanalarda ətli yeməklərdən də imtina edilmıəlidir. Əhali bir müddət ətdən ümumiyyətlə imtina etsin. Çünki vəziyyət təhlükəlidir. Ət, süd, süd məhsulları alarkən də ehtiyatlı olsunlar. Dabaq xəstəliyinə tutulmuş heyvanın südündə də bakteriyalar olur. İstehlak zamanı insan orqanizminə nüfuz edir və insanlar da dabaq xəstəliyinə yoluxurlar.
E.Hüseyniov bildirdi ki, ölkədə dabaq xəstəliyinin bu qədər geniş yayılmasının səbəbi ölkəyə gətirilən xəstəlik əleyhinə vaksinlərin keyfiyyətsiz olmasıdır:
- Mən həmişə demişəm ki, ən doğru xəbər ictimai rəydir. İctimai rəydə belə məlumatlar var aki ölkəyə keyfiyyətsiz vaksinlər gətirilib. Mən Xankəndidə keçirilən forumda iştirak edirdim. Orada mənə yaxışlaşıb dedilər ki, Vaksinlər keyfiyyətsiz olduğu üçün də dabaq xəstəliyinin qarşısını almaq mümkün olmur. Heyvanlar xəstələınir və tələf olurlar. Çox güman ki tender yoluyla gətirilib bu vaksinlər. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə aydınlıq gətirməli, ictimaiyyətə açıqlama verməlidirlər ki, niyə dabaq xəstəliyinin qarşısı alınmır? İctimai rəy budur ki, ölkəyə külli miqdarda keyfiyyətsiz dabaq xəstəliyi vaksinləri gətirilib. Belə deyilsə, niyə xəstəlik bu dərəcədə yayılıb? AQTA Beynəlxalq Epizootik Büronun üzvüdür. Niyə xəstəliklə bağlı məlumat almayıb, qabaqlayıcı tədbir görülməyib? İnsanlar diqqətli olsunlar, ət istehlakını azaltsınlar. Fərdi təsərrüfatlar nəzarət altında saxlanmalı, fermerlərə kompensasiya verilməlidir.
E.Hüseynov qeyd etdi kİ, necə olur Gürcüstanda baytar həkimlər kənd-kənd,qapı-qapı gəzərək mal-qaraya baxış keçirir, tibbi yoxlama aparır, karantin elan edir, bizim ölkədə isə xəstəlik gündən-günə yayılır:
- AQTA qida təhlükısizliyinə nəzarət etmək vəzifəsini üzərinə götürübsə, əhaliyə ətraflı məlumat verməli, xəstəliklə mübarizə tədbrilərini gücləndirməli və dəymiş ziyana görə fermerlərə, kəndlilərə kompensasiya ödəməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region