Sahil Babayev Dünya Bankının rəsmi nümayəndəsini qəbul edib
18:39 30.10.2025
İqtisadiyyat
680
Oktyabrın 30-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi, dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv olduqdan sonra Bankın maliyyə dəstəyi, texniki ekspertizası və tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq eyni zamanda enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi sabitliyin təmin edilməsinə xidmət edib.
Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsinin icrası da diqqət mərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlət maliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi çərçivəsində Dünya Bankının missiyası Nazirlikdə diaqnostik təhlil aparacaq. Bu təhlil Nazirliyə mövcud vəziyyəti təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə İdarəetmə Informasiya Sisteminin arxitekturasının formalaşdırılması üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan verəcək.
Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətin təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirərək, sözügedən layihənin uğurlu icrasının dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə və dayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya