Ağdamda iki qardaş bıçaqlandı

Ağdamda iki qardaş bıçaqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib.

Həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar qəsəbə sakini Sadiq adlı şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törədən Sadiq polis əməkdaşları tərəfindən saxlanılıb.