Ağdamda minaya düşən traktorçu özəl klinikaya köçürüldü

Ötən gün Ağdamın Çəmənli kəndində minaya düşən traktorçu Məmmədov Məlik Qədir oğlu Mingəçevirdəki özəl klinikalardan birinə köçürülüb.

Bu barədə Teleqraf-ın yerli bürosuna Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

"1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30 radələrində Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub" - deyə məlumatda bildirilib.

Bu arada minaya düşən traktorun görüntüləri yayılıb.

Qeyd edək ki, dekabrın 17-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.