Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub
Yusif Nəzərli
07:41 28.08.2025
Hadisə
339
Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpələrdən biri Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır, digəri isə Ağdam rayon Mərkəzi xəstəxanasındadır.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“3 yaşlı körpə əməliyyat edilib. Körpələrin hər ikisi daha sonra Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdiriləcək. AQDPK problemlə bağlı məsələ qaldırıb. Valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Valideynlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları verəcək. Araşdırma aparılır”, - o bildirib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib.
Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Məlumat üçün qeyd edək ki, 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.
Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə